Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb - VİDEO

Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb - VİDEO
13:33 4 İyun 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin paytaxtı Manilada silahlı şəxsin kazinoya hücumunun videosu yayımlanıb.

Sözügedən videoda hücum edən şəxsin gecə saatlarında taksidən düşərək kazinoya daxil olduğu əks olunub. Az sonra qara maska və zirehli gödəkcə geyinmiş həmin şəxs çantadan tüfəng çıxararaq atəş açmağa başlayıb.

Silahlının kazinoda masalara və oyun avtomatlarına od vurduğu səhnəsi də videoda əks olunub.

Polis həmin şəxsin terrorçularla əlaqəsinin olmadığını bildirib. Belə ki, cinayətkarın atəşi tavana açdığı bəlli olub. Həmçinin onun kazinodakı insanlara atəş açmadığı da məlum olub.

Hücum baş verən an binada 12 min nəfər olub, onların hamısı hadisə yerindən xəsarətsiz təxliyə edilib.

Xatırladaq ki, “Resorts World Manila” otel kompleksində aşkarlanan meyitlərin sayı 36 nəfərə çatıb. Onların yanğın zamanı tüstüdən boğulduğu müəyyənləşdirilib. (APA)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR