Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 40 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində