İlham Əliyev: "Londondakı qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu bir daha təsdiq edir"

İlham Əliyev: "Londondakı qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu bir daha təsdiq edir"
14:37 4 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Londonda törədilmiş terror aktı ilə bağlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib.
"Report" xəbər verir ki, dövlət başçısı xəbərdən sarsıldığını diqqətə çatdırıb.
"Hörmətli xanım Baş nazir, Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Bu qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini və vacibliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-lham-eliyev-londondaki-qanli-hadise-terrorizmin-dehsetli-bir-bela-oldugunu-bir-daha-tesdiq-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı