Dünən Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib.
Publika.az modern.az-a istinadla xəbər verir ki, mərhum
ailəli olub. Toğrul Mirzəzadənin 2 qız övladı var. Yaxınlarının
sözlərinə görə, əslən Cəlilabad rayonundan olan Toğrul Mirzəzadənin
ailəsində bu günlərdə çox əlamətdar hadisə qeyd olunub.
"Toğrul Mirzəzadə çox ailəcanlı insan idi. Ailəyə, uşaqlara çox
bağlı idi. Düzdü, o qədər də çox yaşı yox idi. Amma övlad toyu
görməyi Allah qismət etmişdi. Hətta, bu yaxınlarda nəvəsi dünyaya
gəlmişdi. Gənc yaşda baba olmağına çox sevinirdi".
Qeyd edək ki, Toğrul Mirzəzadə Vəkillər Kollegiyasının üzvü olmaqla
yanaşı,
Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin əməkdaşı
olub. O, 2015-ci ildən MTRŞ-da çalışıb.