Milli Demokratiya İnstitutu Ermənistandan çıxır

Milli Demokratiya İnstitutu Ermənistandan çıxır
10:44 8 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Milli Demokratiya İnstitutunun (National Democratic İnstitute - NDİ) Ermənistan ofisi bu ilin yazında fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracaq.

 

 APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, təşkilatın nümayəndəsi Geqam Sarkisyan “Azadlıq” radiosuna bildirib ki, problem maliyyə xarakterlidir və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı deyil: “Mən hər hansı siyasi motiv görmürəm. Mən ABŞ hökuməti adından danışa bilmərəm, bu sualları ABŞ səfirliyinə ünvanlaya bilərsiniz. Lakin mənə elə gəlir ki, Qərbin yüngül şəkildə müəyyən məyusluğu da yarandı və bu, gözlənilməz deyildi”.  

 

G. Sarkisyan postsovet məkanında ABŞ-ın prioritetlərinin dəyişdiyini və Ermənistanın Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə son illər daha az maliyyə yardımı aldığını etiraf edib: “Son illər Ermənistanın Rusiya ilə münasibətləri nəzərə alınaraq ölkə həmişə maliyyətinin kəsilməsi ehtimalı ilə qarşı-qarşıya qalıb”.

 

Qeyd edək ki, NDİ ofisi 20 ildir Ermənistanda fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR