Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.
Publika.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından
APA-ya bildirilib ki, N.Əliyev xəstəxanaya
gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata
qaytarılıb.
Hazırda N.Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər
qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum
aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar
atılacaq.