Eyfel qülləsi Londonda teraktın qurbanlarının xatirəsinə öz işıqları söndürəcək

Eyfel qülləsi Londonda teraktın qurbanlarının xatirəsinə öz işıqları söndürəcək
16:08 4 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi keçən gecə Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi mlumata görə, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2762560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR