Londonda teraktla bağlı 12 nəfər saxlanıldı

Londonda teraktla bağlı 12 nəfər saxlanıldı
17:17 4 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR