Bakı aeroportunda sərnişin başqasının pasportu ilə DSX-dan sərbəst keçərək gözləmə zalına gedib

Bakı aeroportunda sərnişin başqasının pasportu ilə DSX-dan sərbəst keçərək gözləmə zalına gedib
17:52 4 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında kuryoz hadisə baş verib.
"Report" xəbər verir ki, insident 16:40-da Bakı-Moskva reysi ilə (Biznes-klass) uçmalı olan sərnişinin başına gəlib.
Belə ki, o, reys qeydiyyatından keçmək üçün (check-in) AZAL aviaşirkətinin əməkdaşına yaxınlaşaraq pasport və biletini təqdim edib. Minmə talonu və pasportunu alan sərnişin uçuşöncəsi yoxlamadan keçmək üçün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına yaxınlaşıb. Oradan da keçən şəxs uçuş üçün gözləmə zalına gedib. Burada əyləşərkən isə DSX əməkdaşları sərnişinə yaxınlaşaraq bir yanlışlıq olduğunu, AZAL əməkdaşının ona səhvən Məmməd Məcidli adlı şəxsin pasportunu verdiyi və bu halın onların diqqətindən yayındığını bildirərək üzr istəyiblər. Həmçinin, həmin şəxsin qeydiyyat şöbəsində gözlədiyini qeyd ediblər.
Sərnişin "Report"a minmə talonunu alan zaman aviaşirkət işçisinin geri qaytardığı pasporta baxmadığını və M.Məmməd adlı şəxslə heç bir oxşarlığı olmadığı halda DSX-nın yoxlamasından asanlıqla və maneəsiz keçdiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-aeroportunda-sernisin-basqasinin-pasportu-ile-yoxlamadan-maneesiz-kecerek-gozleme-zalina-qeder

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR