Göygöldə əcnəbi turistin başına iş gəldi

Göygöldə əcnəbi turistin başına iş gəldi
18:04 4 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda baş vermiş bədbəxt hadisə nəticəsində Türkmənistan vətəndaşı ağır xəsarət alıb. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində baş verib.

Kəndə qonaq gələn Türkmənistan vətəndaşı, 1952-ci il təvəllüdlü, Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb. Yaralı yaxınlarının köməkli ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Fakt üzrə araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR