Bu yay Mateo Muzakkio və Frank Kessieni transfer edən "Milan" növbəti futbolçunun keçidini həll etməyə yaxındır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Lazio"nun yarımmüdafiəçisi Lukas Biqliya "rossoneri"də oynamaq təklifini müsbət cavablandırıb. Roma klubu 31 yaşlı havbekə görə 21 milyon avro istəyir. "Milan" əlavə 4 milyon avro bonus şəklində ödəniş etməli olacaq. Argentinalı futbolçunun "Lazio" ilə müqaviləsi 2018-ci ilin yayında başa çatmalıdır. O, klubun yeni müqavilə təklifini rədd etdiyindən rəhbərlik Biqliyanın satılmasını qərara alıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində