Taner Yıldız: "TANAP-ın reallaşdırılması üçün heç bir maneə yoxdur"

Taner Yıldız: "TANAP-ın reallaşdırılması üçün heç bir maneə yoxdur"
10:47 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsinə əyani nümunə olan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur".

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.

Bu barədə Trend Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir.

Nazir qeyd edib ki, bəzi informasiya vasitələri tez-tez “Türk axını”nın TANAP-a rəqin olması barədə yazırlar: “Türk axını” və TANAP ayrı-ayrı layihələrdir və onlar rəqabət aparmırlar”.

Xatırladaq ki, 2014-cü il dekabrın 1-də Türkiyəyə dövlət səfəri zamanı RF Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya indiki şəraitdə, o cümlədən Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə "Cənub axını" layihəsinin icrasını davam etdirə bilməz. Rusiya Türkiyənin tələbatının ödənilməsi üçün yeni qaz kəməri sistemini tikəcək. Sonradan "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, "Cənub axını" layihəsi bağlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR