Almaniyada şəhərlərarası sürət qatarı qəzaya uğrayıb.
Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərindən keçərkən qatar relsdən çıxıb.
Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarda yalnız maşinist olub, o xəsarət almayıb.
Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.