Ronaldu: "Başqa nə arzulaya bilərəm?"

Ronaldu: "Başqa nə arzulaya bilərəm?"
19:22 4 İyun 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldu Çempionlar Liqasının 2016/!7 mövsümündə turnirin bombardiri olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 12 top vuran ulduz hücumçu ən yaxın izləyicisi Lionel Messini 1 qol qabaqlayıb. Bununla da Ronaldu karyerasında 6-cı, o cümlədən ardıcıl 5-ci dəfə Çempionlar Liqasının bombardiri olub. Bu turnirin rekordudur.

"Mövsümünsonu bizim üçün əla alındı. İspaniya çempionatı və Çempionlar Liqasının qalibi olduq. ÇL-da titulu qoruyan ilk komanda olmaqla ynövbəti rekorda imza atdıq. Mən isə turnirin bombardiri oldum. Başqa nə arzulaya bilərəm? Karyeramın bu unikal anından maksimum həzz almağa çalışıram. Sonra millinin oyunlarına hazırlığa başlayacam" - Ronaldu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR