Aparıcı Nəsib Nur ilk dəfə övladları ilə kamera qarşısına keçib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcının övladlarını "Xəzər Maqazin"in kameraları lentə alıb. Nəsir və Nəsrin adlı iki uşağı olan Nəsib qızının həkim olmasını istədiyini deyib:
"Uşaqlıqdan mənim də arzum həkim olmaq olub. İndi qızım istəyir".
Qeyd edək ki, Nəsib Nur müğənni Səidə Sultanın bacısı Pərvanə ilə ailəlidir. Cütlüyün üçüncü övladı dünyaya gələcək.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: