"İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq".
Publika.az xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı bildirib.
M. Vaezi deyib ki, İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək. (Azərtac)