NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz - VİDEO

NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz - VİDEO
21:27 4 İyun 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi sizə tanıdacağımız insanlar yaşadıqları binanın nümunəvi sakinləridir. Onlar mənzilin həyətini başdan ayağa gül çiçəklə bəzəyib. Bu küçədən keçən heç kəs ayaq saxlayıb qarşısındakı mənzərəyə baxmadan yoluna davam etmir. Bu qədər gül çiçəyə bütün fəsillərdə qulluq etmək asan məsələ deyil. Amma sakinlər 15-20 ildir ki, bunun öhdəsindən gəlirlər. Bu maraqlı insanları siz də tanıyın.

Bakıda ikinci belə bina tapa bilməzsiniz. 4 qonşu həyətlərini gül çiçəklə elə bəzəyib ki, özünü hansısa parkda hiss edirsən.

Milli.Az bildirir ki, bura Bəhruz Nuriyev küçəsi, 21 saylı binadır. Qonşular bir birindən həvəslənərək 20 ilə yaxındır ki, həyətlərində gül saxlayır.

Həyətdə güllər o qədər çoxdur ki, sakinlər saylarını belə bilmir. Güllərin arasında xarici və yerli olanlar var. Sakinlər deyir ki, yeni gül sortları tapan kimi onu da həyətdə əkirlər.

Pinəçiliklə məşğul olan Rafiq kişi də elə öz həyətində, əkdiyi güllərin arasında işləyir.
Sakinlər deyir ki, bu küçədən keçən heç kəs ayaq saxlayib qarşisindaki mənzərəyə baxmadan yoluna davam etmir.

Gül həvəskarları həyətin çölündə, yol kənarında da güllər əkir, özləri də qulluğunda dayanır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR