Evlərini sığorta etdirənlərin sayı durmadan artır - VİDEO

Evlərini sığorta etdirənlərin sayı durmadan artır - VİDEO
21:52 4 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Evlərini sığorta etdirənlərin sayı artıb. Bu ipoteka krediti ilə mənzil alanların sayının artması ilə bağlıdır. Alqı-satqıya getməyən daşınmaz əmlakın sığortalanmasında isə durğunluq qalmaqdadır.

2017-ci ilin may ayında daşınmaz əmlak sahəsində 6544 icbari sığorta müqaviləsi imzalanıb. Milli.Az bildirir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bu rəqəmin artmasını ipoteka ilə daşınmaz əmlakın alınması ilə əlaqələndirir.

Ümumilikdə isə ötən il respublika üzrə 144 min daşınmaz əmlak sığortalanıb ki, bunun da da 40 mindən çoxu Bakının payına düşüb.

Alqı-satqı, eləcə də ipoteka predmeti olmayan digər daşınmaz əmlakların sığortalanmasına maraq isə zəifdir. Ümumilikdə isə öncəki illərlə müqayisədə daşınmaz əmlakını sığorta etdirmək istəyənlərin sayı artır.

Ekspertin fikrincə daşınmaz əmlakların sığortalanmasının artması üçün sığorta şirkətləri insanlarda daha çox inam yaratmalı və sərfəli paketlərlə birlikdə maarifləndirmə işlərinə də diqqət yetirməlidirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evlərini sığorta etdirənlərin sayı durmadan artır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı