İlanlar kəndə daraşdı: Sakinlər qorxu içində - VİDEO

İlanlar kəndə daraşdı: Sakinlər qorxu içində - VİDEO
22:12 4 İyun 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonu Hacıbəbir kəndində ilanlar sakinləri narahat etməyə başlayıb. İlanlar evlərə girir, insanlar təlaşa qapılıb, xüsusilə uşaqlar qorxularından təkbaşına hərəkət edə bilmirlər.

Milli.Az bildirir ki, bir neçə gündür ki, ilanlar evlərə daxil olur, sakinlərin həyatı üçün təhlükə yaradır. Zəhərli ilanın uşaqların oynadıqları yerlərdə də sürünməsi ev sakinlərində həyəcan yaradıb.

Ev sahibi Züleyxa Mehraliyeva belə halın bir neçə gündür ki, müşahidə olunduğunu bildirir. Həyətə daxil olan ilanların bir neçəsi ev sahibi tərəfindən öldürülsə də onlar yenidən sürünənlərin həyətə və ya mənzilə daxil olacaqlarından ehtiyyat edirlər.
Sakinlərin sözlərinə görə ilanların artmasına səbəb son günlər havaların qızması və sahələrdə vətəndaşlar və texnikalar tərəfindən becərmə işlərinin aparılmasıdır. Uşaqlar da həyətə çıxıb oynamaqdan qorxurlar.

Sakinlər baytarlar tərəfindən ərazilərdə dərmanlama işlərinin aparılmasının vacibliyini vurğulayıblar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlanlar kəndə daraşdı: Sakinlər qorxu içində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR