Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Publika.az xəbər verir ki, hadisə dövlət qeydiyyat nişanı "32-BA-928" olan "VAZ-2106" markalı avtomobillə "20-BJ-016" dövlət qeydiyyat nişanlı " VAZ-21015"in toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı iki nəfər - Goranboy rayon sakinləri, 1989-cu il təvəllüdlü Əliyev Vüqar Çingiz oğlu və 1982-ci il təvəllüdlü Mollayev Boris Mikayıl oğlu xəsarət alaraq Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların hər ikisi Hər ikisi "VAZ-21015" markalı avtomobildə olub. Yaralılardan birinin vəziyyəti ağır, digərininki isə orta-ağırdır. Digər avtomaşında olan iki nəfərin isə xəsarətləri yüngül olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.