Göygöldə toyda dava: 2 yaralı

Göygöldə toyda dava: 2 yaralı
22:29 4 İyun 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə toyda dava olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonda olan şadlıq evlərinin birində toyda baş verən dava zamanı iki nəfər - 1982-ci il təvəllüdlü İlham Qurbanov və Malik Hüseynov adlı şəxslər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət ediblər.

 

Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdəırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR