"Dəli olmamışam"

"Dəli olmamışam"
23:42 4 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un baş məşqçisi Yurqen Klopp klubun saytına açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis maraqlı açıqlamalar verib.

"Yaxşı səviyyədə olsaq da, komandanın əvvəlki kimi inkişafda olması məni sevindirir. Bunu səbirsizliklə gözləyirəm. "Liverpool" artırmağa borcludur. Çünki növbəti mövsümdə Çempionlar Liqasında da mübarizə aparacağıq. Gələcəyimizə optimizmlə baxıram. Dəli olmamışam. İş ondadır ki, oyunçuların əsl potensialını və inkişaf istəyini bilirəm. Bizim xarakterimiz var. Bu, təkcə futbolçulara aid deyil.

Çoxları deyirdi ki, ötən mövsüm zəif komandalara qalib gələ bilməmişik və mənim B planım yoxdur. İnsanlar lazım bildiyini deyə bilər. Biz nəyi necə etməyi dəqiq bilirdik və istəyimizi dəfələrlə həyata keçirmişdik. Hər şey alınanda bunu az adam görürdü. Autsayderlə oyunlarda xal itirməyimiz isə əsas xəbərə çevrilirdi. Lakin az komanda "Liverpool"dan daha çox xal topladı. Biz Premyer Liqanı 4-cü başa vurduq. Son 3-4 həftə çətin keçdi. "Arsenal" və "Manchester United"in ehtiyatda bir neçə oyunu vardı. Onlara məğlubiyyət arzulamamaq əldə deyildi. Düzdür, heç kimin uğursuzluqla üzləşməsini istəmirəm. Bununla belə mənim fikirlərim hər kəsin beynində dolaşa bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR