Türkiyə millisində itki baş verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça"nın müdafiəçisi Şener Özbayraklı komandanın məşqi zamanı əzələsindən zədə alıb. Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada təcrübəli müdafiəçinin millinin heyətindən kənarlaşdırıldığı bildirilib. Şener "ay-ulduzlular"ın DÇ-2018-in seçmə mərhələsində Kosova ilə və Makedoniya ilə keçiriləcək hazırlıq matçında iştirak etməyəcək.
Milli.Az