Müğənni Selena Qomez Nyu-Yorkda paparazzilərə tuş gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bir gün tədbirlərdən birindən çıxarkən, bir gün isə küçədə dondurma yeyərkən kameralara tuş gəlib.
Mərasimə gedərkən sənətçinin əynində qısa qara don olub. O, hündürdaban ayaqqabı və əlindəki klaçı ilə göz oxşayıb.
Küçədə dondurma yeyərkən görüntülənən Qomez cins şalvar və qısa rəngarəng koftada olub. Selena bu dəfə sadəliyi ilə diqqət çəkib.
Milli.Az