Azərbaycanın qadın cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb
00:02 5 İyun 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib.
"Report" xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.
52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-cudocusu-avropa-kubokunda-burunc-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR