“British Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsveçin paytaxtı Stokholmda təcili eniş edib.
Publika.az “gazeta.ru”-ya istinadən xəbər verir ki, buna təyyarənin mühərrikində nasazlığın yaranması səbəb olub.
Təyyarənin London-Sankt-Peterburq marşrutu üzrə uçduğu bildirilir. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.