Pakistanda IŞİD-in 8 səhra komandiri məhv edilib

Pakistanda IŞİD-in 8 səhra komandiri məhv edilib
00:32 5 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanda IŞİD terror qruplaşmasının 8 səhra komandiri məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan xüsusi xidmət orqanlarından bildiriblər.

Məlumata əsasən, terrorçulara qarşı əməliyyat Bəlucistan əyalətinin Mastunq şəhəri yaxınlığında keçirilib. Əməliyyat  ötən ay Bəlucistan əyalətində iki Çin vətəndaşının oğurlanması ilə əlaqədar baş tutub. Lakin əyalətin paytaxtı Kvettada oğurlanan çinliləri hələ ki, aşkarlamaq mümkün olmayıb.
 
Qeyd edək ki, ötən ay İŞİD Mastunq şəhərində törədilən və 25 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR