Gəncədə gənc oğlan saunada döyülərək bıçaqlanıb

Gəncədə gənc oğlan saunada döyülərək bıçaqlanıb
01:07 5 İyun 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə. 5 iyun. REPORT.AZ/ Gəncə şəhərində gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, insident şəhərin Məhsəti Gəncəvi qəsəbəsində, Aeroport yolunun kənarında yerləşən saunaların birində baş verib.
Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu ilə bir qrup şəxs arasında mübahisə düşüb. Nəticədə o, başından zərbə alıb və bıçaqlanıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyata edilən şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Mübahisənin səbəbi və bıçaqlayan şəxsin kimliyi hələlik bilinmir.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/gencede-genc-oglan-saunada-doyulerek-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR