Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu

Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu
01:48 5 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda baş vermiş avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Ağstafa şəhərində baş verib.

"Mercedes-Benz" markalı avtomobillə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sürücülər və "Mersedes"də olan bir sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb. "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Şuşanov Vusal Vaqif oğlunun xəsarəti orta-ağır olduğundan Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü və sərnişininin vəziyyəti isə qənaətbəxşdir.

İlkin ehtimala görə, avtoqəzaya sürücülərdən birinin dönmə əməliyyatı apardığı zaman xəbərdarlıq işığını yandırmaması səbəb olub.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR