Bakı. Trend:
Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan yardımçı tiklinin damına yığılmış 3 ton ot bağlaması yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tikili yanğından mühafizə olnub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.