24 yaşlı gənc saunada bıçaqlandı

24 yaşlı gənc saunada bıçaqlandı
04:48 5 İyun 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, insident şəhərin Məhsəti Gəncəvi qəsəbəsində, Aeroport yolunun kənarında yerləşən saunaların birində baş verib.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu ilə bir qrup şəxs arasında mübahisə düşüb. Nəticədə o, başından zərbə alıb və bıçaqlanıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyat edilən şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mübahisənin səbəbi və bıçaqlayan şəxsin kimliyi hələlik bilinmir. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı