Bakı. 5 iyun. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində iki dost arasında xəsarətlə nəticələnən dava baş verib.
"Report" xəbər verir ki, hadisə Mədəniyyət Evinin həyətində qeydə alınıb.
1972-ci il təvəllüdlü Kərimov Qafar Yusif oğlu dostu tərəfindən döyülüb. Qarşı tərəf ardınca şüşə qədəhi onun başına vurub. O, baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.