Saatlıda və Qubada ev yandı

Saatlıda və Qubada ev yandı
06:19 5 İyun 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Saatlı və Qubada yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

 

Quba rayonu, Susay kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli (hər mərtəbəsi 100 m2 olan) mansart tipli evin yanar konstruksiyaları 180 m2 sahədə yanıb. 1-ci mərtəbədə 1 otaq yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR