Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi

Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
07:19 5 İyun 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

 

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

 

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası  Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR