"Yaxşı pul təklif edilsə, hər kəsi satarıq"

"Yaxşı pul təklif edilsə, hər kəsi satarıq"
07:32 5 İyun 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın prezidenti Fikret Orman Türkiyədə yayımlanan kanallardan birində qonaq olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, türkiyəli funksioner maraqlı açıqlamalar verib.

"Beşiktaş"ın bu mövsüm çempion olması böyük işdir. Komanda oyunu oynadıq. Kuareşma ötən mövsüm çox fəal idi. Ən əsası burda sakitlik var. Qarışıqlıq kluba, azarkeşlərə pis təsir edir. 100-cu ildə (2003) çempionluq əldə etdiyimiz vaxt sakitlik hökm sürürdü.

Bizim "Fənərbağça" ilə işimiz yoxdur. Onların isə gündəmi Fikret Orman və Şenol Güneşdir. "Fənərbağça"ni idarə edənlərin zehniyyəti xoşagələn deyil. Basketbolda "Euroleague" haqqında mənfi danışdım "Fənərbağça"nın üzərinə çevirdilər. Bu turnirdə kuboku aldılar. Bu, böyük nailiyyətdir".

Orman "qara qartallar"ın transfer planları barədə də danışıb.

""Beşiktaş"a kim gəlmək istəməz? Burda Lensin yoldaşları var. "Fənərbağça"yə gəlməzdən öncə də onunla maraqlanmışdıq. Baş məşqçimizlə transfer barədə söhbət etməmişdik. Gökhan Töre komandaya qayıdır. Cinahlarda Rayan Babel, Töre, Kuareşma oynayacaq. Demba Ba və Abubakar da də İnşallah olacaq. Heyətimiz dərinləşir. Pedro Franko, Miloşeviç, Denis Boyko və Mustafa Pektemek də gəlir. Yaxşı pul təklif edilsə, hər kəsi satarıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR