Biləcəridə avtobus iki minik maşını ilə toqquşub, 2 nəfər yaralanıb

Biləcəridə avtobus iki minik maşını ilə toqquşub, 2 nəfər yaralanıb
07:42 5 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Biləcəri qəsəbəsində zəncirvari yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Avtovağzal yaxınlığında Bakı-Ağsu marşrutu üzrə işləyən "Ford" markalı sərnişin avtobusu ilə iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində avtobusda olan sərnişinlərdən ikisi - 1967-ci il təvəllüdlü Nəsirova Əzizə Nurəddin qızı və 2014-cü il təvəllüdlü Atakişiyev Səttar Dəyanət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bileceride-avtobus-iki-minik-masini-ile-toqqusub-2-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR