Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib
08:05 5 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələti kəsib.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atıblar.

"Xinhua" agentliyi qeyd edir ki, Misir həmçinin eyni səbəbə görə Qətərlə diplomatik münasibətlə son qoyub.

Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR