ABŞ Kaliforniya ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Milli.Az Trend-ə istinadən bildirir ki, "Piper" təyyarəsinin göyərtəsində 2 nəfər olub.
Təyyarədə olan ekipaj üzvləri hadisə yerində təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.
Qəzanın baş vermə səbəbləri məlum deyil.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Milli.Az