Bakı. Trend:
Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi Şəmkirdə qeydə alınıb. Şəhərdə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.