Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
08:32 5 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Gəncədə təhsil və maarifçilik mühitinin formalaşdırılmasında müstəsna xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sabir Bayram oğlu Orucov ömrünün 76-cı ilində vəfat edib.

Sabir Bayram oğlu Orucov 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəsi ilə birlikdə Samux rayonunun Kolayır kəndində məskunlaşıb. Orta təhsilini Kolayır kənd orta məktəbində (1948-1959), ali təhsilini ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində (19591963) alıb. "Böyük Vәtәn müһaribəsi illәrindә mәktәblilәrin vətәnpәrvәrlik tərbiyәsi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasında müəllim, baş müəllim, dosent, müdir, tərbiyəvi işlər üzrə prorektor, məsul katib, pedaqoji fakültənin dekanı vəzifələrində çalışıb. 10 kitab və kitabçanın, metodik tövsiyə və kitabçanın, 100-ə yaxın elmi məqalənin müəllifidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR