Bakıda kişi özünü öldürüb

Bakıda kişi özünü öldürüb
08:42 5 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib.

Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib.

İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR