Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi

Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
08:43 5 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.

Publika.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR