Transfer rekordunu real qıracaq - 115 milyon

Transfer rekordunu real qıracaq -   115 milyon
08:47 5 İyun 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

La Liqada və Çempionlar Liqasında çempion olan "Real" transfer çalışmalarına start verir. Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Kral Klubu"nun transfer siyahısının ilk pillələrində Eden Hazırd yer alıb.


Belçika millisinin üzvü özü də "Real"da oynamaq istəyir. Yalnız "Çelsi"nin razılığını almaq lazımdı ki, ispanlar bunun üçün qarşı tərəfə 115 milyon avro təklif edir. London klubu böyük ehtimalla təklifi qəbul edəcək.


Bu baş versə, Eden Hazard dünyanın ən bahalı transferi olacaq. Hazırda bu titul "Mançester Yunayted"in "Yuventus"dan 110 milyon avroya aldığı Paul Poqbaya məxsusdu. 


Qeyd edək ki, Eden Hazard 2012-ci ildə "Lill"dən "Çelsi"yə 35 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub. 26 yaşlı forvard başa çatan mövsümdə 43 rəsmi oyun keçirərək 17 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-transfer-rekordunu-real-qracaq-t58525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR