Bu günün tarixi

Bu günün tarixi
09:18 5 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il dekabrın 16-da keçirilən 27-ci sessiyasında iyunun 5-i Ümumdünya Ətraf Mühit Günü elan olunub. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

2006-cı il. Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I forumu işə başlayıb. Foruma dünyanın 40 ölkəsindən 300-dək nümayəndə - azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri qatılıb.

2014-cü il. Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.

1908-ci il. Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiqin doğum günü (1908-1938). Repressiya qurbanı olan Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasında yer alıb.

1939-cu il. Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun doğum günü (1939-2015). Məşhur Azərbaycan şairi Səməd Vurğunun oğludur. O, “Yoldan teleqramlar, “Gün batdı”, “Uzaq, yaşıl ada”, “Mən burdayam, ilahi” kitablarının müəllifidir. Vaqif Səmədoğlunun ssenari müəllifi olduğu “Bəxt üzüyü” kinokomediyası, “Yaşıl eynəkli adam” televiziya tamaşası populyarlıq qazanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR