Kürdəmir rayonunda baş verən qəza nəticəsində sürücü komaya düşüb.
Milli.Az report-a istinadə xəbər verir ki, hadisə səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Carlı kənd sakini 1986-cı il təvəllüdlü Təşkilat Akif oğlu Zərbəliyevin idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində T.Zərbəliyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəstə dərhal 113 qəza xidməti briqadası tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxananın reanimasiya şöbəsindən bildiriblər ki, xəstə komadadır, vəziyyəti ağırdır. Hadisəyə səbəb ilkin ehtimala görə, sürücünün səhər saatlarında yuxulaması bildirilir.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində