ABŞ-la iqtisadi əlaqələr daha da inkişaf etməlidir

Donald Trampın Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ-ın Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam etdiyini bildirib. O, Azərbaycanı Avropa üçün enerji mənbəyi hesab edib.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirir ki, ABŞ ölkəmizin enerji resurslarına həmişə böyük qiymət verib:

“ABŞ Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynaya biləcəyini dəfələrlə bəyan edib. Və bu sahədə öz siyasi dəstəyini heç vaxt əsirgəməyib. Etiraf etmək lazımdır ki, beynəlxalq əhəmiyyətli bütün enerji layilərimizin gerçəkləşməsində bu dəstəyin böyük rolu olub. Bu, təkcə "Ağ Ev" administrasiyası tərəfindən həyata keçirilməyib. Azərbaycan müstəqillik əldə etdikdən bəri, "Ağ Ev"də bir neçə rəhbər dəyişikliyi olub. Hamısı bilavasitə enerji məsələlərində ölkəmizə eyni cür münasibət bəsləyiblər. İstər Bakı-Tbilisi-Ceyhan kəməri olsun, istərsə də bu gün tam güclə gerçəkləşdirilməli olan Cənub Qaz Dəhlizi, məhz ABŞ-ın tutduğu prinsipial mövqeyə əsasən bütün maneələri aşa bilib.

ABŞ-la iqtisadi əlaqələr daha da inkişaf etməlidir

İki ölkə arasında iqtisadi əlaqələrə gəldikdə, ABŞ-Azərbaycan əməkdaşlığı geriyə baxanda çox uzun bir yol keçib. Bununla belə, deyə bilmərəm ki, iqtisadi əməkdaşlığımız istənilən səviyyədədir. Bunu daha çox inkişaf etdirmək olardı. Burada konkret rəqəmlərlə misal gətirmək istəmirəm. Lakin təkcə bir faktı qeyd edim ki, idxal və ixrac əməliyyatlarımızda ABŞ-ın payı çox azdır və ümumiyyətlə, ticarət dövriyyəsində əsas ölkələr sırasında adı çəkilən ölkənin payı ümumi dövriyyə həcmində cəmi 1,74 % təşkil edir. İdxalımızda adı altıncı sırada gəlir, 4.43 %-lə. ABŞ dünyanın iqtisadi cəhətdən fövqəldövlətidir. Ölkəmizin ABŞ-la iqtisadi əlaqələri daha da inkişaf etməlidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR