Yeni mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək sonuncu - 3-cü komandanın da adına aydınlıq gəlib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Sivasspor" və "Yeni Malatyaspor"un ardınca "Göztəpə" də yüksək dəstədə mübarizə aparacaq.
Pley-offda "Əskişəhərspor"la üz-üzə gələn "sarı-qırmızılar" gərgin mübarizənin qalibi olub. Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatan oyunda penalti zərbələrini dəqiq yerinə yetirən izmirlilər Super Liqaya yüksəlib.
Qeyd edək ki, "Göztəpə" 14 il sonra yenidən Super Liqa həyəcanı yaşayacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində