Ərəb ölkələri Qətəri "Əl-Qaidə" və İŞİD-ə dəstək verməkdə ittiham edib

Ərəb ölkələri Qətəri "Əl-Qaidə" və İŞİD-ə dəstək verməkdə ittiham edib
09:37 5 İyun 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Yəməndə üsyançılarla mübarizə üçün formalaşdırılan və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Qətəri "Əl-Qaidə" və İŞİD terror qruplaşmalarına dəstək verməkdə ittiham edib.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu ittiham əsasında koalisiya Qətərin Yəmən əməliyyatındakı iştirakını dayandırıb.
Xatırladaq ki, bundan əvvəl dörd ölkə - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiyini elan edib.
Ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edib. Öz növbəsində, Misir rəsmi Dohanın "Müsəlman qardaşlar"ını dəstəklədiyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ereb-olkeleri-qeteri-el-qaide-ve-i-si-d-e-destek-vermekde-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR