Qax. 5 iyun. REPORT.AZ / Qax rayonunda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmircan kənd sakini, 1966-cı il təvəllüdlü Malik Ramazan oğlu Ramazanov yeni tikilməkdə olan evinin çardağında təmir apararkən yıxılıb. Yaxınları onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Ramazanova qabırğaların çoxsaylı sınığı və travmatik şok diaqnozu qoyulub. Ağır yaralı xəstəxanaya gətirildikdən 2 saat sonra orada ölüb.
Faktla bağlı araşdırma aparılır.