İftarı hansı qidalarla açmamalıyıq?

Türkiyə Endoskopik və Laparaskopik Cərahiyyə Dərnəyinin rəhbəri professor həkim Ərsoy orucu nələrlə açmalı, nələrdən uzaq durmalı mövzusuna toxunub.

Metbuat.az xəbər verir ki, həkim iftara tərkibi az yağlı və ədviyyatlı şorba ilə başlamağı məsləhət görüb:

"Bütün gün boş olan mədəni birdən doldurmayın. Nə yesəz də, mədə 2 saatdan sonra boşalan orqandır.

Duru içkilərlə qatı qidaları bir arada qəbul etməyin

İftarla imsak arasını mümkün olduğu qədər oturaraq keçirin. İftara az-az yeyərək başlayın, yemək müddətini uzadın. İftar ilə imsak arasında maye qəbul edin. Bu saydıqlarımız həm mədə xəstəliyi olanlar, həm də sağlam insanlar üçün keçərlidir. Qatı yemək yediyiniz zaman mədənin onu asitlə qarışdırmasına imkan verin. Həzmin ən önəmli yeri mədədir. Mədə hər şeyi asit (turşu) ilə qarışdırır və bağırsaqlara atır. Qatı bir şey yemisinizsə, bir, bir saat yarım maye qəbul etməyin, bu müddətdə yediyinizin həzm olunmasına imkan verin.

Proteinlə zəngin qidalar insanı tox tutur

Mədə 2 saata boşalan orqan olduğu üçün çox yeməyə ehtiyac yoxdur. Əsas insanı tox tutan qidalara üstünlük verməlisiniz. İmsakda ət, yumurta, qatıq yeyin. Çünki proteinlər insanı tox tutur, Makaron, xəmir xörəkləri kimi karbohidratlar isə sadəcə bir neçə saatlıq enerji verir. Bal, cem, şəkərli qidalar tez acdırdığı üçün yeməyin. Çörəyi isə az yeməyə diqqət edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR